12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür

Noyabrın 12-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnarə Məmmədovanın təşkilatçılığı, 8 "a” sinif şagirdlərinin iştirakı ilə 12 noyabr- Konstitusiya Günü ilə əlaqədar onlayn tədbir keçirildi. Keçirilən onlayn tədbirdə şagirdlərə Azərbaycan Respublikası Konstitusiyasının təşəkkül tarixi haqqında ətraflı məlumat verildi. Dahi lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığı, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyi şagirdlərin diqqətinə çatdırıldı. Şagirdlər Konstitusiyanın cəmiyyətin təhlükəsizliyinin qorunmasında, inkişafa, rifaha nail olunmasında, qarşılıqlı münasibətlərin qurulmasında əsas vasitə olduğunu bildirdilər. Onlayn tədbirdə Konstitusiya tariximizə həsr olunmuş videoçarxlar göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi