ŞAGİRDLƏRİMİZİN AZƏRBAYCAN ORDUSUNA MƏNƏVİ DƏSTƏYİ

Sentyabrın 27-dən başlayaraq gedən şiddətli döyüşlərdə Azərbaycan Ordusuna mənəvi dəstək məqsədilə şagirdlərimiz ifa etdikləri vətənpərvər şeirlər, mahnılar və hazırladıqları videoçarxlar ilə əsgərlərimizə dəstək olurlar. Şagirdlərimizin təqdimatlarında əsgərlərimizin vətənimizin ərazi bütövlüyü uğrunda apardığı mübarizədən, işğaldan azad olunmuş şəhər və kəndlərimizdə üçrəngli bayrağımızın dalğalanmasından qürurla bəhs edilir, Azərbaycan Ordusunun mənfur düşmənə qarşı göstərdiyi rəşadətə görə minnətdarlıq ifadə olunur.