Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirildi

Oktyabrın 17-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun,  Azərbaycan dili və ədəbiyyat müəllimi  Kəmalə Əşrəfovanın təşkilatçılığı, şagirdlərin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş tədbir keçirildi. COVİD-19 pandemiyası ilə əlaqədar qoyulan bütün qaydalara əməl olundu. Əsas məqsəd Azərbaycanın Dövlət Müstəqilliyi Gününün təbliğini genişləndirmək, şagirdləri milli-mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət və azərbaycançılıq məfkurəsi əsasında tərbiyə etmək, Vətənə sevgi duyğularını daha da gücləndirmək və onların yaradıcılıq bacarığının inkişafına təkan verməkdən ibarətdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 29-cu ildönümü münasibətilə hazırlanmış tədbirdə şagirdlər musiqi ifaları, şeirləri ilə xalqımızın hər bir nümayəndəsinə xas olan vətənpərvərlik hisslərini nümayiş etdirirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi