Məktəbin orduya dəstək aksiyası

Sentyabrın 27-dən başlayaraq gedən şiddətli döyüşlərdə Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsi və hərbiçilərə dəstək münasibəti ilə məktəbimiz tərəfindən orduya dəstək aksiyası keçirilir. Belə ki, məktəbin pedaqoji heyətinin təşəbbüsü ilə işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan ön cəbhədəki əsgərlərə dəstək göstərilir. Məktəb kollektivi əsgərlərə ərazi bütövlüyümüzün bərpasına sonsuz inamını ifadə edir, hər bir azərbaycanlının döyüşə hazır olduğunu vurğulayırlar. Şagirdlərin böyük həvəs və ruh yüksəkliyi ilə yazdıqları məktublar da əsgərlərə göndərilir. Qeyd edək ki, dəstək aksiyalarının təşkil olunmasında əsas məqsəd xalq-ordu birliyini daha da möhkəmləndirmək, cəmiyyətdə vüsət alan yardımlaşma təşəbbüslərinin genişlənməsinə nail olmaq, xalqın sarsılmaz həmrəyliyini nümayiş etdirmək və Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə diqqəti cəlb etməkdən ibarətdir.