“Gigiyena qaydalarına necə əməl edirəm?” mövzusunda maarifləndirmə söhbətləri aparıldı

Oktyabrın 13-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun təşkilatçılığı, tibb bacılarının iştirakı ilə şagirdlərlə “Gigiyena qaydalarına necə əməl edirəm?” mövzusunda maarifləndirmə söhbətləri aparıldı. Pandemiya vəziyyətində tədris prosesinin mövcud qaydalar çərçivəsində həyata keçirilməsində şagirdlərin üzərlərinə düşən məsuliyyətlər, şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri,  koronavirus infeksiyasından qorunmaq üçün digər insanlarla ünsiyyətdə olarkən sosial məsafəni gözləmələri, əllərini  tez-tez  və qaydalara uyğun yumaları, başqalarının əşyalarına toxunmamaları, sinfi və məktəbi təmiz saxlamaları, kütləvi toplaşmaqdan çəkinmələri barədə müvafiq tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi