Əsgərə məktub: Sən varsansa, Vətən var; Vətən varsa, sən varsan!

Oktyabrın 1-dən etibarən məktəbin bütün şagirdləri böyük qürur, vətənpərvərlik hissi ilə əsgərlərə məktub yazırlar. Məktəbimizin şagirdləri bu layihədə yaxından iştirak edir,məktublar yazılır, toplanır. Layihənin əsas məqsədi əsgərlərimizə mənəvi dayaq olmaq, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsi işinə töhfə verməkdən ibarət olmuşdur.Ümid edirik ki, şagirdlərimizin əsgərlərə ünvanladığı məktublar ölkəmizin qazanacağı böyük qələbəyə kiçik bir töhfə olacaq.