Bilik günü

Sentyabrın 15-də 2020-2021-ci il tədris ili başlandı.COVİD-19 pandemiyası ilə əlaqədar qoyulan bütün qaydalara əməl olundu.Tədris "Xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planı" na əsasən sentyabrdan 15-dən 2 gün əyani,4 gün distant olmaqla I-IV siniflər, V-XI siniflər isə distant formada təşkil edildi.İlk dərslər I-IV siniflərdə "Gigiyena qaydalarına necə əməl edirəm", V-IX siniflərdə "Müstəqil öyrənmə bacarığı müasir dövrün tələbidir", X-XI siniflərdə "Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir!" mövzularına həsr edildi.