2020-2021-ci tədris ilinin ilk Pedaqoji Şura iclası keçirildi

Sentyabrın 14-də mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq onlayn formada 2020-2021-ci tədris ilinin ilk Pedaqoji Şura iclası keçirildi. İclasda məktəbin direktoru Taleh Quliyev “Xüsusi karantin rejimi dövründə uyğunlaşdırılmış tədris planı”, BŞTİ-nin mövcud pandemiya qaydaları ilə bağlı əmr və sərəncamlarını pedaqoji şura üzvlərinə çatdırdı. Tam orta təhsil pilləsi üzrə X siniflər üzrə təmayüllər, adi siniflərin komplektləşməsi, müəllimlərin dərs yükü və qarşıda duran məsələlər ətrafında çıxışlar oldu, müvafiq qərarlar qəbul edildi.