FƏRQLƏNMƏ ATTESTATLARI TƏQDİM OLUNDU

Avqustun 28-də məktəbin iki nəfər IX sinif şagirdinə və üç nəfər XI sinif məzununa ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları verildi. Oxuduqları müddətdə nümunəvi davranışları ilə fərqlənən, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri beş olan, ümumi orta və tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 75 (yetmiş beş) baldan yuxarı bal toplayaraq beş qiymət alan aşağıda adları qeyd olunan IX və XI sinif məzunlarına məktəbin direktoru Taleh Quliyev tərəfindən fərqlənmə attestatları təqdim olundu.
1.Alməmmədova Ləman Ramil qızı 11 H
2. Alıeva Aıtach 11 T
3. Mustafayev Mahir Tahir oğlu 11 T
4.Hacılı Rəfiqə Natiq qızı 9 A
5.Valehli Fidan Müşfiq qızı 9 V