“MİCROSOFT TEAMS” PLATFORMASINDA ONLAYN MƏKTƏBDAXİLİ QİYMƏTLƏNDİRMƏ

26-31 avqust tarixinədək Bakı Şəhəri Təhsil İdarəsinin 21 avqust 2020-ci il tarixli, 2458-01/06 nömrəli müvafiq məktubuna əsasən hər hansı fənn üzrə illik qiymətləndirmədən “2” qiyməti alan və yekun qiymətlərindən narazı olan V-VIII və X sinif şagirdləri üçün təlimata uyğun qəbul edilmiş ərizələrinə əsasən onlayn qiymətləndirmə həyata keçirilməyə başlandı. Qiymətləndirmə “Microsoft Teams” platforması üzərindən, məktəb rəhbərliyinin nəzarəti ilə onlayn formada həyata keçirildi.