“Üç alov” beynəlxalq yaradıcılıq festivalında şagirdlərimizin uğuru

Təhsil Nazirliyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən mayın 7-dən iyunun 1-dək “Üç alov” beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalı keçirilmişdir. Yeni koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar onlayn platformada keçirilən festivalda "Folklor instrument" janrında I yerə məktəbin 5 "A" sinif şagirdi İmanzadə Zülfiyyə Eldar qızı və "Folklor vokal" janrında III yerə 7 "E" sinif şagirdi Soltanova Səma Soltan qızı layiq görülmüşdür. Şagirdlərimizi təbrik edir, onlara gələcəkdə uğurlar arzu edirik.