IX SİNİFLƏR ÜZRƏ VALİDEYNLƏRLƏ ONLAYN GÖRÜŞ

Xüsusi karantin rejimi ilə əlaqədar məktəb rəhbərliyi fəaliyyətini məsafədən təşkil edərək IX sinif rəhbərləri, fənn müəllimləri ilə birgə valideyn və şagirdlərlə onlayn görüş keçirmişdir. Onlayn görüşün məqsədi fənn müəllimlərinin təşkil etdiyi onlayn dərslərə şagirdlərin cəlb olunması, onlayn dərslərin təşkili, IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının l mərhələsinin nəticələri, “Virtual məktəb” portal vasitəsilə şagirdlərin həftə içi teledərslərə cəlb olunması, saytda qeydiyyatdan keçmək və digər məsələlər müzakirə edilmiş, göstərişlər verilmişdir.