MÜLKİ MÜDAFİƏ VƏ HƏR BİR EVDƏ İLK YARDIM EDƏN

Fevralın 29-da məktəbin Mülki Müdafiə qərargah rəisi Jalə Qədirovanın və ÇH fənn müəllimi  Bayram  Hacıyevin təşkilatçılığı ilə 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Mülki müdafiə və hər bir evdə ilk yardım edən” mövzusunda şagirdlərlə tədbir keçirildi.Məktəbin ÇH fənn müəllimi, hərbi rəhbər Bayram Hacıyev 1 Mart-Ümumdünya Mülki Müdafiə Gününün 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gün olmasını deyərək bildirdi ki, əsas məqsəd şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir. Şagirdlərə əyani vəsaitlər və video filmlər nümayiş olundu,onların fövqəladə hallarla bağlı bilikləri yoxlanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi