Xocalı faciəsi unudulmayan qan yaddaşımızdır

Fevralın 24-dən etibarən  məktəbin ayrı-ayrı siniflərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbirləri təşkil edildi.Tədbirlərdə şagirdlər faciənin tarixindən danışaraq, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasını söylədilər. Xocalı faciəsi ilə bağlı hazırladıqları təqdimatlarla çıxışlar edərək, səhnəciklər nümayiş etdirdilər, torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə, milli qəhrəmanlarımıza həsr olunmuş şeirlər söylədilər. Xocalı soyqırımı  Azərbaycan xalqına qarşı keçirilən vəhşi terror aktı, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qara səhifə olaraq qalacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi