"Ana dilim şirindir” mövzusunda açıq  dərs keçirildi

Fevralın 20-də  Beynəlxalq  Ana  Dili  Günü ilə bağlı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  Kəmalə  Əşrəfovanın təşkilatçılığı ilə 6 E sinfində "Ana dilim  şirindir” mövzusunda açıq  dərs keçirildi. Dərs başlamazdan əvvəl tədbirin keçirilməsi məqsədi haqqında Kəmalə Əşrəfova  çıxış edib vurğuladı ki,hər bir millətin və xalqın dili həmin millətin, xalqın kimliyini təsdiq edən əsas sənəddir. Yəni bir millət, xalq “mən varam” deyirsə, ilk növbədə onun özünəməxsus dili, yəni ana dili olmalıdır. Daha sonra şagirdlər  komanda  şəklində müzakirələr etdilər, videoçarxlar nümayiş olunaraq bilik yarışı keçirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi