Cəfər Cabbarlının 120 illiyi ilə bağlı tədbir keçirildi

Fevralın 18-də məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Fatma Əliyevanın təşkilatçılığı, 6 “B” sinif şagirdlərin iştirakı ilə dramaturq, şair, teatrşünas Cəfər Cabbarlının 120 illiyi ilə bağlı tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, məktəb şagirdləri iştirak etdi. Şagirdlər Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında geniş çıxışlar edərək, şeirlərindən misralar söylədirlər. Daha sonra “Oqtay Eloğlu” pyesi əsasında hazırlanan tamaşa nümayiş etdirdilər. Tamaşa böyük maraqla qarşılandı.