Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd olundu

Fevralın 07-də məktəbin ibtidai sinif müəllimi Pəri Hüseynovanın rəhbəri olduğu Milli Qəhrəman Mübariz İbrahimovun adına olan 4”c” sinifində Milli Qəhrəmanın doğum günü qeyd olundu. Təşkil olunmuş tədbir Dövlət himninin səsləndirilməsi ilə başladı. Şagirdlər Mübarizin şərəfli yolunun davamçıları olacaqlarına, onun adını daşıyan sinifə layiqli şagird və cəmiyyətə faydalı vətəndaş olacaqlarına and içdilər Şagirdlər müxtəlif şeir və mahnı ilə çıxış edərək Qəhrəmana olan sonsuz sevgilərini nümayiş etdirdilər. Mübariz İbrahimov heç bir zaman unudulmayacaq və ona olan dərin rəğbət heç bir zaman bitməyəcək, o hər zaman qəlblərdə yaşayacaqdır.