PEDAQOJİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

Yanvarın 31-də məktəbin akt zalında Pedaqoji Şuranın iş planına uyğun olaraq növbəti iclası keçirildi. İclasda məktəbin müəllim heyəti iştirak etdi. İclası açıq elan edən məktəbin direktoru Taleh Quliyev  I yarımilin yekunlarına dair hesabat və II yarımildə qarşıda duran vəzifələri  iclas iştirakçılarına bildirildi. Hesabatdan sonra təhsilin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər, dərsə davamiyyət, V siniflər üzrə keçirilmiş monitorinqin nəticələri  haqqında müzakirələr aparıldı, ibtidai sinif müəllimlərinə müəyyən tövsiyələr verildi. IX siniflər üzrə buraxılış imtahanlarına hazırlıq  müzakirə olundu. Sonda direktor  pedaqoji  şuranın üzvlərinə daha əzmlə, daha məsuliyyətlə  fəaliyyət göstərmələri üçün öz tapşırığını verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi