IX SİNİFLƏR ÜZRƏ NÖVBƏTİ MƏKTƏBDAXİLİ MONİTORİNQ KEÇİRİLDİ

Yanvarının 24-də ümumi orta təhsil səviyyəsi üzrə təşkil edilən monitorinqlər nəticəsində Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən zəif nəticə göstərərək risk qrupuna aid edilən 9-cu sinif şagirdlərinin bilik səviyyələrini ölçmək, eləcə də təlim nailiyyətlərini yaxşılaşdırmaq məqsədilə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənnləri üzrə monitorinq keçirildi.İmtahanının şəffaf keçirilməsinə məktəb rəhbərliyi tərəfindən xüsusi nəzarət olundu və monitorinqdə digər 9-cu sinif şagirdləri iştirak etdi.