Sinif nümayəndələri ilə görüş keçirildi

Yanvarın 06-da məktəbin direktoru Taleh Quliyev tərəfindən sinif nümayəndələri ilə görüş keçirildi. Görüşdə sinif nümayəndələri vəzifələri ilə tanış edildi, yeni tədbirlər barədə məlumatlar verildi və sinif şagirdlərinin tədbirlərdə fəal iştirakları, sinif otaqlarının səliqəsini qorumaq tapşırıldı.Görüş zamanı sinif nümayəndələri ay ərzində sinifdə olan ümumi problemlər və gördükləri işlər haqqında qısaca məlumat verdilər. Daha sonra nümayəndələrin təklifləri dinlənildi, qeydlər aparıldı.