"AZƏRBAYCANIN BEYNƏLXALQ ALƏMDƏ NÜFUZUNUN GETDİKCƏ ARTMASI VƏ ÖLKƏMİZİN REGİONDA LİDER DÖVLƏTƏ ÇEVRİLMƏSİ" MÖVZUSUNDA TƏQDİMAT

Dekabrın 30-da məktəbdə "Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması və ölkəmizin regionda lider dövlətə çevrilməsi" mövzusunda təqdimat keçirildi. İlk öncə Azərbaycan Dövlət himni səsləndi.Təqdimat tarix müəllimi Esmira Xudiyevanın təşkilatçılığı, məktəb rəhbərliyinin və 10 “q” sinif şagirdlərinin iştirakı ilə baş tutdu. Şagirdlər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və ölkəmizin regionda lider dövlətə çevrilməsinə gedən yollar və Azərbaycanın dünya dövlətləri arasında hansı nüfuza malik olduğu barədə hazırladıqları təqdimatlarla çıxışlar etdilər. Daha sonra şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparıldı.