Qobustan Milli Parkına ekskursiya

Dekabrın 19-da məktəbin ingilis dili müəllimi Nailə Kərimovanın rəhbərliyi, 10 “d” sinif şagirdlərinin iştirakı ilə Qobustan Milli Parkına ekskursiya oldu. Məqsəd ən qədim tarixə söykənən mədəni irsimizi şagirdlərə canlı nümayiş etdirmək idi. Bələdçi köməyilə həyata keçirilən ekskursiyada cənab İlham Əliyevin sərəncamı ilə yaradılan ən müasir interaktiv muzeyə baxış keçirildi. Daha sonra Qobustan qayaları, qaval daşı şagirdlərə nümayiş etdirildi. Şagirdlər bu ekskursiyadan xoş təəssüratlarla qayıtdılar.