“VALİDEYNİN MƏKTƏBDƏ BİR GÜNÜ” ADLI LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ GÖRÜŞ KEÇİRİLDİ

Dekabrın 14-də tarixində məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 26 noyabr 2019-cu il tarixli, F-448 nömrəli əmrinə əsasən “Valideynin məktəbdə bir günü” adlı valideyinlərlə görüş keçirildi. Layihə çərçivəsində valideynlər məktəb mühiti ilə tanış oldular. Onlara məktəbin fəaliyyəti, tədris prosesi barədə ətraflı məlumatlar verildi. Valideynlərin iştirakı ilə IX siniflər üzrə keçirilən monitorinq prosesində müşahidələr olundu. Məktəb rəhbərliyi tərəfindən maarifləndirici söhbətlər aparıldı, məktəb-valideyn əməkdaşlığının önəmindən bəhs edildi.