Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı "Dəyirmi masa" keçirildi

Dekabrın 12-də məktəbin 7 “A” sinifində Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olundu. Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Keçirilən “Dəyirmi masa” da şagirdlər çıxış edərək qeyd etdilər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasından 16 il keçsə də, onun ideyaları, əməlləri daim yaşayır və yaşayacaq. Heydər Əliyev həyatını doğma xalqının azadlığına, müstəqilliyinə və milli tərəqqisinə həsr etməklə hər bir azərbaycanlının qəlbində özünə möhtəşəm abidə ucaltmışdır. Daha sonra şagirdlər dahi liderin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirdilər, şeirlər  söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi