ŞAGİRDLƏR HEYDƏR ƏLİYEV MƏRKƏZİNƏ EKSKURSİYA ETDİLƏR

Dekabrın 7-də ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı məktəb şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olundu.Şagirdlər mərkəzdə müxtəlif məlumatlarla tanış oldular. Ümummilli liderin Azərbaycan dövlətinin siyasi tarixində, iqtisadiyyatında, elm-təhsil sahəsində, milli-mənəvi dəyərlərin qorunmasında, mədəni irsimizin dünya ictimaiyyətinə tanıdılmasında müstəsna rolu barədə dəyərli məlumatlar əldə etdilər. Heydər Əliyev Mərkəzinə ekskursiya şagirdlərdə zəngin təəssüratlar yaratdı.