Ulu öndər Heydər Əliyevin anım günü qeyd edildi

Dekabrın 11-də Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar məktəbin tarix müəllimi Esmira Xudiyevanın təşkilatçılığı, şagirdlərin iştirakı ilə “Dəyirmi masa” keçirildi. İlk öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Şagirdlər müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə ətraflı məlumat verdilər. Dahi liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğunu vurğuladılar və ulu öndərin anım gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağını bildirdilər.