“QƏHRƏMANLARIMIZ BƏDİİ ƏSƏR VƏ KİNOFİLMLƏRDƏ” MÖVZUSUNDA TƏQDİMAT

Dekabrın 7-də “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fəaliyyət planının 3.1.7.-ci bəndinə uyğun olaraq məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sona İsmayılovanın təşkilatçılığı ilə “Qəhrəmanlarımız bədii əsər və kinofilmlərdə " mövzusunda təqdimat keçirildi. Şagirdlər mövzu barədə çıxışlar edərək bildirdilər ki, xalqımızın öz qəhramanlarına olan sevgi, minnətdarlıq hissi bütün zamanlarda bədii əsər və filmlərdə öz əksini tapmışdır. Daha sonra Milli Qəhrəmanlarımız haqqında məlumat verdilər, şeirlər söylədilər, hazırladıqları təqdimat və videoçarxları nümayiş etdirlər.