“Kiçik tədqiqatçılar” müsabiqəsinin məktəbdaxili mərhələsi keçirildi

Dekabrın 4-də ibtidai siniflərdə tədqiqatçılıq bacarığını inkişaf etdirmək, istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, intellektual klub və dərnəklərdə təmsil olunmasını təmin etmək məqsədilə “Kiçik tədqiqatçılar” müsabiqəsinin məktəbdaxili mərhələsi keçirildi. Müsabiqə ibtidai sinif müəllimi Pəri Hüseynovanın təşkilatçılığı ilə baş tutdu. Müsabiqədə direktor müavinləri, psixoloq və ibtidai sinif müəllimləri münsif qismində iştirak etdilər. Komandalar əsasnamədə istiqamət verilmiş mövzulara uyğun tədqiqat işlərini təqdim etdilər. Şagirdlər “Sağlam həyat – xoşbəxt həyat ", “Sağlam qidalanma”, “Bitkilər həyat mənbəyidir ", “Bayramlar və tarixi günlər” mövzularından ibarət hazırladıqları tədqiqat işlərini münsiflər heyətinə təqdim etdilər. Ən yaxşı seçilən komandanın işi rayon mərhələsinə təqdim etmək üçün seçildi.