“Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq müsabiqəsi”nin məktəbdaxili mərhələsi keçirildi

Dekabrın 4-də “Kiçik Akademiya” rəhbəri Gülnarə Məmmədovanın təşkilatçılığı ilə “Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq müsabiqəsi”nin məktəbdaxili mərhələsi keçirildi.Müsabiqə çərçivəsində şagirdlər onlara təqdim olunan mövzular üzrə araşdırma apardılar, tədqiqat işlərini münsiflər heyətinə təqdim etdilər. Seçilən ən yaxşı tədqiqat işi növbəti mərhələyə keçirildi.