Azərbaycan Xalq Cümhuriyyəti-100 il

Bakı şəhəri 286 nömrəli məktəbdə azərbaycan dili müəllimi Şəhla Hüseynova rəhbərlik etdiyi 6 "v" sinif şagirdləri ilə birlikdə "Azərbaycan Xalq Cümhuriyyəti-100 il" adlı tədbir keçirdilər. Tədbirin açılışında Azərbaycan Respublikasının Himni səsləndirildikdən sonra məktəbin direktoru Samir Mehdi-zadə çıxış etdi. O, çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və qurucularından danışdı. Sonra şagirdlər AXC-nin 100 illik yubileyinə həsr olunmuş şeirlər söyləyib, hazırladıqları ədəbi-bədii kompazisiyalarla çıxış etdilər.
Tədbirdə məktəbin direktor müavinləri və digər fənn müəllimləri də iştirak etdilər.