20 Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

Məktəbimizin 5 “q” sinif şagirdləri sinif rəhbəri Alimə Quliyevanın rəhbərliyi ilə 1990-cı ilin 20 Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirdi. Tədbirdə canlarından keçərək xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan şəhidlik zirvəsinə ucalmış mərd Vətən övladları anıldı.