3 “V” sinfində Riyaziyyat fənni uğurla tədris olunur

    İbtidai sinif müəllimi Rahilə Allahverdiyevanın sinif rəhbəri olduğu 3 “V” sinfində bu günkü dərs Riyaziyyat fənnindən “Pullarımız. Pulun hesablanması” mövzusunda idi. Dərsdə məktəbin direktoru Samir Mehdi-zadə iştirak etdi. Müəllim şagirdlərə pulun gündəlik həyatımızda rolundan danışdı, məhz bunun üçün pulu saymağın müxtəlif üsullarını bilməyin vacibliyini qeyd etdi. Dərslik üzərində aparılan iş zamanı verilmiş məsələlərin həllini pul modelləri üzərində yerinə yetirdilər. Şagirdlər qrup şəklində bölündülər, hər qrupun nümayəndələri işlərini təqdim etdilər. Aparılan müstəqil işin nəticələrinə, verilən testlərin cavablarına görə belə qənaətə gəlmək olar ki, müəllim qarşısına qoyduğu məqsədinə nail oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi