Badminton üzrə komandamızın uğuru

Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən Badminton üzrə keçirilən açıq turnirdə komandamız II yer tutduğuna görə diplomla təltif olunmuşdur. Fiziki tərbiyə müəllimi Məmməd Kərimovun rəhbərlik etdiyi komandamızın üzvlərindən 9 “E” sinif şagirdi Xavər Bayramova, 8 “V” sinif şagirdləri Kamran Əzizov, Şahlar Qəniyev və 7 “J” sinif şagirdi İbrahim Əliyev də diplomla təltif olundular. Məktəbimizin direktoru Samir Mehdi-zadə komanda rəhbərini və komanda üzvlərini əldə etdikləri uğura görə təbrik etdi, bundan sonrakı yarışlarda onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi