20 Yanvar faciəsinin 34-cü ildönümü

Məktəbimizin azərbaycan dili müəllimi Hökümə Mirzəyevanın təşkilatçılığı və 7 “d” sinif şagirdlərinin iştirakı ilə 19.01.2024-cü il tarixində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirin başlanğıcında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər vətənpərvərlik mövzusunda hazırladıqları şeirlər, mahnılarla çıxış etdilər.