Biliklərin gizləndiyi xəzinə-məktəb kitabxanası

Məktəbimizin kitabxanasında kitabxana müdiri Ülviyyə Quliyeva və kitabxanaçı Nigar Ağazadənin təşkilatçılığı ilə “Biliklərin gizləndiyi xəzinə-məktəb kitabxanası" adlı tədbir təşkil olundu. “Beynəlxalq məktəb kitabxanaları günü” münasibəti ilə keçirilən tədbirdə 6, 7 və 8-ci sinif şagirdləri iştirak etdilər. Ümumilikdə kitabxanaların cəmiyyətimizdə rolu, əhəmiyyəti, dünya kitabxanalarının yaranması, müasir kitabxanalar barədə fikirlər səsləndirən şagirdlər həmçinin çəkdikləri rəsimləri təqdim etdilər.