Ümummilli lider Heydər Əliyev - 100 il

    Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq məktəbimizin ingilis dili müəllimi İlahə Alışovanın təşkilatçılığı və 4 “a” və 7 “c” sinif şagirdlərinin iştirakı ilə tədbir təşkil olundu. Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan xalqının Ümummilli lideri, müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi. Tədbirdə şagirdlər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş azərbaycan və ingilis dillərində şeirlər söylədilər, mahnılar və rəqslər ifa etdilər. 

    Sonda məktəbin direktoru Samir Mehdi-zadə çıxış edərək, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömrü boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev haqqında bəhs etdi, sonra tədbirdə əməyi keçən şagirdlərə, müəllimlərə və valideynlərə təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi