Aprel döyüşlərinin yeddinci ildönümünə həsr olunmuş tədbir

    Məktəbimizin Azərbaycan dili müəllimi Ülkər Xəlillinin təşkilatçılığı və 7 “b” sinif şagirdlərinin iştirakı ilə 06.04.2023-cü il tarixində 2016-cı ilin Aprel döyüşlərinin yeddinci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Məktəbin “Heydər Əliyev və Zəfər Muzeyi”ndə keçirilən tədbirin başlanğıcında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və bizə zəfəri yaşadan Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Şagirdlər Aprel döyüşlərinə həsr olunmuş şeirlər səsləndirdilər. Tədbirə dəvət olunmuş məktəbimizin Şəhid məzunu Novruzov Mirzə Səlvər oğlunun anası çıxış etdi. O, çıxışında şagirdlərə övladı Şəhid Mirzə Novruzovun qəhrəmanlığı haqqında danışdı.

    Şəhid Mirzə Novruzov 06.08.1984-cü ildə anadan olmuşdur.1992-1999-cu illərdə məktəbimizdə təhsil alıb. 2002-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2006-cı ildə təhsilini bitirdikdən sonra leytenant rütbəsində ordu sıralarında çalışmışdır. 2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına Şəhid olmuşdur. 2-ci Fəxri Xiyabanda dəfn olunub, 2 övladı var. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi