Xocalı faciəsini unutma!

    Məktəbimizdə ibtidai sinif müəllimi Firuzə Məmmədlinin təşkilatçılığı və 2 “ə” sinif şagirdlərinin iştirakı ilə 24.02.2023-cü il tarixində Xocalı faciəsinin otuz birinci ildönümü ilə əlaqədar “Xocalı faciəsini unutma!” adlı tədbir keçirilmişdir.

    Tədbirin başlanğıcında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Xocalı faciəsinin qurbanlarının və bizə zəfəri yaşadan Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Şagirdlər vətənpərvərlik mövzusunda hazırladıqları şeirlər, mahnılar və səhnəciklərlə çıxış etdilər. Sonda məktəbimizin direktoru Samir Mehdi-zadə şagirdlərə Xocalı faciəsində xalqımızın başına gətirilən müsibətlərdən danışdı və şagirdlərə bu faciəni unutmamağı tövsiyə etdi.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi