Ceyhun Hacıbəyli haqqında nə bilirik?

Ceyhun Hacıbəylinin 125 illik yubileyi ilə əlaqədar məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Şəhla Hüseynova ədəbiyyat dərsini bu mövzuya həsr etmişdir. Müəllimə mövzuya "Ceyhun Hacıbəyli haqqında nə bilirik?" sualı ilə başlayıb. Sonra şagirdlərə milli ədəbi-ictimai fikir tarixinə töhfələr vermiş C. Hacıbəylinin mədəniyyətimizin inkişafı və təbliği sahəsindəki mühüm xidmətlərindən, həyat və fəaliyyətindən danışıb.