Şəhid Xudayar Yusifzadənin anım günü

Məktəbimizin ibtidai sinif müəllimi Nuranə Kərimovanın təşkilatçılığı və rəhbərlik etdiyi 2 “c” sinif şagirdlərinin iştirakı ilə sinfə adı verilmiş Şəhid Xudayar Müslüm oğlu Yusifzadənin anım gününə həsr olunmuş tədbir keçirildi. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söylədilər, "Xudayar" təsnifi ifa edildi. Şəhidimizin xatirəsi dərin ehtiramla yad edildi.
Şəhid Xudayar Yusifzadə İkinci Qarabağ Müharibəsində iştirak etmiş və 22 oktyabr 2020-ci il tarixdə Zəngilan döyüşləri zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı Şəhid olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Xudayar Yusifzadə "Azərbaycan Bayrağı", "Vətən uğrunda" ordenləri və “Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!