Şuşa ilinə həsr olunan rus dili və ədəbiyyatı üzrə XIII olimpiada

Cari ilin aprel ayında VII-IX sinif şagirdləri arasında AR Təhsil Nazirliyinin dəstəyi ilə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasında elan edilmiş Şuşa ilinə həsr olunan rus dili və ədəbiyyatı üzrə XIII olimpiada keçirilmişdir. Olimpiadada 3500 şagird iştirak etmişdir. Olimpiadanın 3-cü mərhələsində 30 nəfər şagird qalib olmuşdur. Məktəbimizin 9 “r” sinif şagirdi İbrahimov Ramil İlqar oğlu da qalib olaraq diplomla təltif edilmişdir.