Aprel döyüşlərinin altıncı ildönümünə həsr olunmuş açıq dərslər

2016-cı ilin Aprel döyüşlərinin altıncı ildönümünə həsr olunmuş açıq dərs məktəbimizin Şəhid məzunlarının əziz xatirəsinə ucaldılmış abidənin önündə keçirildi. Tarix müəllimi Malik Məmmədov şagirdlərə Aprel döyüşləri haqqında geniş məlumat verdi, Aprel döyüşlərində Şəhidlik zirvəsinə ucalmış məktəbimizin məzunu Novruzov Mirzə Səlvər oğlunun qəhrəmanlığı haqqında danışdı. Şəhid Mirzə Novruzov 06.08.1984-cü ildə anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2006-cı ildə təhsilini bitirdikdən sonra leytenant rütbəsində ordu sıralarında çalışmışdır. 2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına Şəhid olmuşdur. 2-ci Fəxri Xiyabanda dəfn olunub, 2 övladı var. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.
#BakıTəhsilİdarəsi #BakuEduAz #QarabağAzərbaycandır #04aprel2016 #Qələbəyəaparanyol #Apreldöyüşlərizəfərsalnaməsi #27sentyabr #44günlükmüharibə #Zəfəryolu #Şəhidlərölməz #Vətənbölünməz