Məktəbdə Müstəqillik Günü münasibətilə tədbir keçirilib

18 oktyabr 2016-cı il tarixdə məktəbin Heydər Əliyev Muzeyində ibtidai sinif müəllimi Səbinə Fərzullayevanın təşkilatçılığı və 4J sinfinin şagirdlərinin iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş tədbir keçirildi. Şagirdlər Vətənə həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər. Sonda məktəbin direktoru Samir Mehdi-zadə müəllim və şagirdləri təbrik etdi.