Şəhid Teymur Osmanlının valideynləri ilə görüş

    Məktəbimizin ibtidai sinif müəllimi Rahilə Allahverdiyevanın təşkilatçılığı ilə sinif rəhbəri olduğu 3 “c” sinif şagirdlərinin Vətən müharibəsində qəhrəmancasına Şəhid olmuş Osmanlı Teymur Saday oğlunun valideynləri ilə görüşü keçirildi.  Şəhid Teymur Osmanlı 17 oktyabr 2020-ci il tarixdə Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə Şəhid olub. O, ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. Məktəbin direktoru Samir Mehdi-zadə Şəhid Teymur Osmanlı haqqında və ümumilikdə Vətən müharibəsi dövründə öz qəhrəmanlıqları ilə seçilən Şəhidlər haqqında fikirlərini söylədikdən sonra valideynlərə söz verildi. Onlar da Teymur Osmanlının Azərbaycanın işğal altında olan  torpaqlarının düşməndən azad olunması üçün etdiyi fədakarlıqdan qürurla danışdılar. Sonra şagirdlər Şəhidlərimizə həsr olunmuş şeirlər söylədilər.

    Bütün Şəhidlərimizin, o cümlədən Teymur Osmanlının xatirəsi daim əziz tutulacaq. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

#BakıTəhsilİdarəsi #BakuEduAz #QarabağAzərbaycandır #27sentyabr #44günlükmüharibə #Zəfəryolu #Şəhidlərölməz #Vətənbölünməz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi