Suraxanı rayonunda 1 İyun – Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə "Yaşıl dünyamızı qoruyaq, uşaqlarımıza sağlam gələcək quraq" adlı Uşaq Festivalı keçirilib

Suraxanı rayonunda 1 İyun – Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə "Yaşıl dünyamızı qoruyaq, uşaqlarımıza sağlam gələcək quraq" adlı Uşaq Festivalı keçirilib.

   Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanan tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı cənab Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Mühafizə İdarəsinin rəisi Arif Məmmədov, RİHB-nin müavinləri, eləcə də Araz supermarketlər şəbəkəsinin departament müdiri Ramil Ağayev, şöbə müdiri Aysel Əliyeva, əməkdaşı Sara Məmmədbağırova, Yaşat Fondunun məsul nümayəndələri, Colour Factory CF salonunun əməkdaşları Sabina Rzayeva, Fatih Popkov , şəhid və qazi övladları, digər qonaqlar iştirak ediblər.

   İlk öncə dövlət himni və şəhid övladlarının ifasında mahnı səsləndirilib, sülhün carçıları olan göyərçinlər uşaqlar tərəfindən səmaya buraxılıb.

   Daha sonra RİH başçısı Əziz Əzizov və qonaqlar rayonun uşaq bağçası-körpələr evləri və məktəblər tərəfindən tullantılardan hazırlanan əl işlərindən ibarət guşələr ilə tanış olub və uşaqların təqdimatlarını dinləyiblər.

   "Yaşıl dünyamızı qoruyaq, uşaqlarımıza sağlam gələcək quraq" adlı Uşaq Festivalında müxtəlif məktəblərin tullantılardan hazırlanmış əl işləri sərgilənib. Həmçinin məktəblərin şagirdləri onlara ayrılmış stendin qarşısında xüsusi bayram səhnəcikləri nümayiş etdiriblər. 

    Məktəbimizin bir qrup müəllim və şagirdi də bu tədbirdə iştirak edib. Şagirdlərimiz müxtəlif rəqslər və mahnılarla tədbirdə öz bacarıqlarını nümayiş etdiriblər. Həmçinin tullantılardan ibarət güşəmiz də qonaqlar tərəfindən maraqla qarşılanıb. Şagirdlərimizin tullantılardan hazırlanan geyimləri tədbir iştirakçılarının marağına səbəb olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi