Yurdumuza yaz gəlir

Yazın gəlişi hər il olduğu kimi bu il də məktəbimizdə böyük sevinc hissi ilə qeyd edilib.

18.03.2024 tarixində məktəbimizin 5 C sinfinin şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi Ağasıyeva Könülün təşkilatçılığı ilə “Novruz – milli bayramımızdır” adlı tədbir ilə məktəbin pedaqoji kollektivi, valideyn və şagirdlər qarşısında çıxış ediblər. Tədbirdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında şagirdlərə məlumat verildi,şən müsiqi nömrələri və haxıştalar, Kosa ilə Keçəlin gəlişi, “papaqatdı” tədbirə rəng qatıb. Şagirdlər 151 il öncə Novruz bayramı ərəfəsində əsası qoyulan Milli Teatr Günü münasibətilə M.F.Axundzadənin “ Hacı Qara “ komediyasından bir hissəni səhnədə canlandırıblar.

   Milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının baxımından belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyi şagirdlərin diqqətinə çatdırılıb.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi