“Novruz abu-havalı” sinif təşkilat saatlarımızdan…

5c sinfində "Milli dəyərlərimiz" adlı sinif təşkilat saatı keçirilmişdir. Təşkilat saatı milli dəyərlərimizdən biri olan Novruz bayramı və adət- ənənələrinə həsr olunmuşdu. 

  Sinif rəhbəri Güntəkin Qiyasi "Novruz" sözünün mənası, onun qədimiliyi, əsrlərdir günümüzə gəlib çıxan bir-birindən maraqlı adətləri haqda fikirlərini şagirdlərlə bölüşüb, Novruzda görülən işlər, qoyulan səməni, boyanan yumurtalar, bişirilən şirniyyatların açması onun birbaşa təbiətlə bağlı olduğunu şagirdlərə çatdırıb

  Sinif rəhbəri Güntəkin müəllim Novruz süfrəsində olan 7 "S" hərfi ilə başlanan nemətlərdən süfrə bəzəmiş, əyani şəkildə şagirdlərə nümayiş etdirmişdir. 

  Qızlar adət-ənənələrimizə sadiq qalaraq milli geyimimizə aid olan kələğayı və örpəkdə, oğlanlar isə araxçında idilər. Qışı təmsil edən kosa və keçəl obrazları, şagirdlərin hazırladığı divar qəzeti, sulu boyayla çəkilmiş rəsm əsərləri, çərşənbələrə həsr olunmuş stend təşkilat saatına rəng qatıb.

   Qızlar bayatı deyib, A. Mətin "Bəy" rəqsi ifa edib. Şagirdlər milli dəyərlərimizi qoruyub saxlamağln, onları davam etdirməyin bizim borcumuz olduğunu bir daha anlayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi