“Yaşıl dünya naminə həmrəylik ili“ məktəbimizdə də “Yaşıl dünya”adlı silsilə tədbirlər keçirilir

Azərbaycan Respublikasının Prezindenti Cənab İlham Əliyevin sərancamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili“ elan edilməsi ilə əlaqədar məktəbimizdə də “Yaşıl dünya”adlı silsilə tədbirləri keçirilir. Yaşıl dünya naminə həmrəylik ili”ndə 285 nömrəli tam orta məktəbdə 2 sinif, 10b və 2ç sinfi “Yaşıl sinif" elan olunmuşdur. 

Yaşıllıq göz nuru, yaşam mənbəyidir. Görkəmli təbiətşünas alim, akademik Həsən Əliyevin bu müdrik kəlamını əsas tutaraq şagirdlərimiz həmrəylik nümayiş etdirmiş, güllər, çiçəklər əkərək, siniflərini yaşıllaşdırmışlar.Həmin siniflərin şagirdləri gül, çiçəklərə daima qulluq edir, qoruyub qayğısına qalırlar. 

Axı onlar da canlıdırlar, insan kimi qulluq istəyirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi