"1 Mart Ümumdünya Mülki Müdafiə Günü" dür!

  01.03.2024-cü il tarixində məktəbimizdə  "1 Mart Ümumdünya Mülki Müdafiə Günü" nə həsr olunmuş "Mülki müdafiə sahəsində innovativ texnologiyalar" mövzusunda tədbir keçirilib.

  Tədbirdə məktəbin hərbi rəhbəri Vasif Hidayətov "1 Mart- Ümumdünya Mülki Müdafiə Günü"-nə həsr olunmuş tədbirlər planına uyğun olaraq şagirdlərin məktəbdə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı təxliyə olunması, fövqəladə hallar zamanı davranış qaydaları haqqında məlumat verdi və şagirdlərin iştirakı ilə təlimlər keçirildi. Sonda şagirdlər təxliyə planına uyğun olaraq məktəbin həyətində toplaşdılar.

  Məktəbin ibtidai sinif müəllimləri tərəfindən mülki müdafiəyə həsr olunmuş sinifdaxili tədbirlər keçirildi. Şagirdlərin geyimləri, hazırlıqları, zəlzələ zamanı düzgün davranış qaydalarını nümayiş etdirməsi xüsusi marağa səbəb oldu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi