"21 fevral Beynəlxalq Ana dili Günü" nə həsr olunmuş dəyirmi masa

Məktəbimizdə müxtəlif siniflər üzrə Azərbaycan dili və Ədəbiyyat müəllimlərinin təşkilatçılığı ilə “Beynəlxalq Ana dili Günü”nə həsr edilmiş tədbirlər keçirilib, dəyirmi masalar təşkil edilmişdir. 

Tədbirlərdə Ana dilimizin tarixindən, dilimizin qorunub-saxlanılmasında dövlətimizin göstərdiyi qayğıdan, yazıçılarımızın mübarizəsindən söhbət açılıb. 

Şagirdlərimiz Ümummilli liderimiz Heydər Əliyevin, şair və yazıçılarımızın Ana dilimiz haqqında söylədikləri aforizmlərdən sitatlar gətirib, şeirlərdən söyləyiblər.

Sonda isə şagirdlər Azərbaycan dili müəllimlərini onlara dilimizi sevdirdikləri üçün “Təşəkkür çiçəyi” təqdim ediblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi